Azərbaycan Rusiyadan iki beşvaqonlu qatar alacaq

Azərbaycan Rusiyadan iki beşvaqonlu qatar alacaq
22:12 18 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ "Metrovaqonmaş" MMC ("Transmaşholdinq" QSC-nin tərkibinə daxildir) və "Bakı Metropoliteni" QSC arasında "81-765/766" modelli iki beşvaqonlu qatarın Azərbaycana tədarükünə dair müqavilə imzalanıb.
“Report” xəbər verir ki, bu barədə "Transmaşholdinq"in Xarici Əlaqələr Müdirliyi məlumat yayıb.
Bildirilir ki, hər bir qatarda iki baş və üç aralıq mühərrikli vaqon olacaq. Onların istifadə müddəti 31 ildir.
İlk qatarın cari ilin mart ayında Bakıya gətirilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-rusiyadan-iki-besvaqonlu-qatar-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR