Azərbaycan Rusiyadan minik avtomobili idxalını artırıb

Azərbaycan Rusiyadan minik avtomobili idxalını artırıb
22:47 18 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ 2017-ci ildə Rusiyadan xaricə yeni minik avtomobilləri ixracının həcmi (Gömrük İttifaqına daxil olan ölkələri çıxmaqla) 38,8 min ədədə çatıb ki, bu da 2016-cı ilin göstəricisini 23,3% üstələyir.
“Report” xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyi məlumat yayıb.
Ən çox maşın Çex Respublikasına göndərilib - 40% və ya 15.7 min ədəd. İkinci yerdə Ukrayna (3,8 min avtomobil) və Latviya (3,4 min ədəd) qərarlaşıb. BƏƏ-yə 3 min, Çin, Macarıstan, Azərbaycan, Özbəkistan və Livana isə mindən 1,5 minə qədər avtomobil ixrac edilib.
İxracda ən böyük pay Çex markası "Skoda"ya məxsusdur. 2017-ci ildə bu markalı 15,7 min avtomobil satılıb ki, onun da 15,6 mini "Yeti" modelinin payına düşüb. İkinci yerdə 25%-dən çox və ya 10.1 min ədəd ixrac edilən avtomobil ilə "Lada" qərarlaşıb. Üçüncü yerdə isə "Renault" durur. İstehsalçı ötən il 3,7 min avtomobil ixrac edib. "Hyundai" və "Volkswagen" hər biri 2000 avtomobil ixrac edə bilib.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-rusiyadan-minik-avtomobili-idxalini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR