Xaçmazda yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb

Xaçmazda yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb
23:07 18 Fevral 2018
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Xaçmaz rayonunun Ağyazı Buduğ kəndində "KamaAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfər sərnişinin (şəxsiyyətləri məlum deyil) cəsədini deformasiyaya uğramış minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xacmazda-yuk-ve-minik-masinlarinin-toqqusmasi-neticesinde-2-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR