Gəncədə nişan üzüyü geri qaytarılan oğlan intihara cəhd edib

Gəncədə nişan üzüyü geri qaytarılan oğlan intihara cəhd edib
23:37 18 Fevral 2018
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 18 fevral. REPORT.AZ/ Gəncə şəhərində nişan üzüyü geri qaytarılan gənc oğlan intihara cəhd edib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini İbrahim Hüseynzadə canına qəsd məqsədi ilə özünü bıçaqlayıb.
Qarın nahiyəsindən 1 bıçaq yarası alan oğlan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-nisan-uzuyu-geri-qaytarilan-oglan-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR