Qari Oldman "Çörçil" roluna görə BAFTA mükafatı alıb

Qari Oldman "Çörçil" roluna görə BAFTA mükafatı alıb
01:32 19 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ İngilis aktyor Qari Oldman bazar günü "Ən yaxşı kişi rolu" nominasiyasında İngiltərə Film və Televiziya İncəsənət Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, 59 yaşlı aktyora bu mükafatı rejissor Co Raytın "Qaranlıq günlər" dramında (Darkest Hour) Britaniya baş naziri Uinston Çörçillin obrazı qazandırıb.
Hazırda "bürünc maska" Oldmanın karyerası ərzində sayca üçüncü olsa da, bu kateqoriya üzrə birincidir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/qari-oldman-corcil-roluna-gore-bafta-mukafati-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR