Tehranda beynəlxalq kənd təsərrüfatı avadanlıqları sərgisi keçiriləcək

Tehranda beynəlxalq kənd təsərrüfatı avadanlıqları sərgisi keçiriləcək
11:57 19 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Fevralın 24-27-də Tehranda İranın “Exhibition Projects Management” şirkəti tərəfindən II beynəlxalq kənd təsərrüfatı avadanlıqları, məhsulları və müasir suvarma sistemləri sərgisi keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) məlumat verilib.
Məlumata görə, sərgi Tehranın Daimi Sərgilər Mərkəzində baş tutacaq.
Təşkilatçı şirkət, sərgidə iştirak edəcək 5 nəfər iş adamının 3 gün ərzində İranda qalma xərclərini qarşılayacaq.
Sərgiyə qatılmaq istəyən sahibkarlar ASK-yə müraciət edə bilərlər.
Sərgi ilə bağlı ətraflı məlumatı www.iranagrishow.ir/teh/en linkdən əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/tehranda-beynelxalq-kend-teserrufati-avadanliqlari-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR