Tehranda beynəlxalq kənd təsərrüfatı avadanlığı sərgisi keçiriləcək

Tehranda beynəlxalq kənd təsərrüfatı avadanlığı sərgisi keçiriləcək
12:07 19 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Tehranda fevralın 24-27-də İranın “Exhibition Projects Management” şirkəti tərəfindən II beynəlxalq kənd təsərrüfatı avadanlığı, məhsulları və müasir suvarma sistemləri sərgisi keçiriləcək. 
Bu barədə "Report"a Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) məlumat verilib.
Bildirilib ki, sərgi Tehranın Daimi Sərgilər Mərkəzində baş tutacaq. Təşkilatçı şirkət, sərgidə iştirak edəcək 5 nəfər iş adamının 3 gün ərzində İranda qalma xərclərini qarşılayacaq.
Sərgiyə qatılmaq istəyən sahibkarlar ASK-yə müraciət edə bilərlər.
Sərgi ilə bağlı ətraflı məlumatı www.iranagrishow.ir/teh/en linkdən əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/tehranda-beynelxalq-kend-teserrufati-avadanligi-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR