Səyyar ASAN xidmət Zığda

Səyyar ASAN xidmət Zığda
12:49 19 Fevral 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

Səyyar ASAN xidmət 19 – 28 fevral tarixlərində Suraxanı rayonunun Zığ qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. 
 
 
ASAN Xidmət-dən Lent.az-a verilən məlumata görə, bundan başqa səyyar avtobuslar və qatar 1 fevral – 2 mart tarixlərində Xırdalan, Xaçmaz, İmişli, İsmayıllı, Goranboy, Göyçay, Lənkəran və Şirvanda vətəndaşların xidmətində olacaq. 
 
 
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
 
 
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR