Vaqif Sadıqov: "Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur"

Vaqif Sadıqov: "Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur"
13:02 19 Fevral 2018
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur.
Bu barədə "Report"a AFFA komitəmnin sədri Vaqif Sadıqov məlumat verib. V.Sadıqov bildirib ki, "Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi hələ də "Modern Hospital"n reanimasiya şöbəsindədir. Onun sözlərinə görə, həkimlər onun ürəyini bərpa etmək üçün çalışsalar da, istədikləri nəticəni əldə edə bilmirlər.
Sədr B.Hacıyevin ürəyinə qan dövranının hələ də 20 faiz daxil olduğunu və səhhətindəki digər problemlərin ürəyin bərpasına mane olduğunu söyləyib. V.Sadıqov, həmçinin komitə üzvünün səhhətinin AFFA-nın diqqətində olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, Böyükağa Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/vaqif-sadiqov-boyukaga-haciyevin-sehhetinde-hec-bir-deyisiklik-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR