Lavrov ABŞ-ın Qüdslə bağlı qərarın əsl səbəbini açıqladı

Lavrov ABŞ-ın Qüdslə bağlı qərarın əsl səbəbini açıqladı
13:23 19 Fevral 2018
101 Dünya
Ölkə mətbuatı
A- A+

Qüdsün İsrailin paytaxtı kimi tanıması barədə ABŞ-ın qərarı anti-İran meyllə bağlıdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Valday" diskusiya klubunda "Yaxın Şərqdə Rusiya: bütün sahələrdə oyun" konfransında deyib.

“Biz onunla razı deyilik ki, regionda istənilən problemə İranla mübarizənin prizmasından baxılsın. Bu, Suriyada, Yəməndə və hətta Fələstin probleminin ətrafında müşahidə edilir. Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarı xeyli dərəcədə anti-İran meyllə bağlıdır” - Lavrov bildirb.

Onun sözlərinə görə, bu, regionda onsuz da acınacaqlı olan vəziyyəti daha da kəskinləşdirə bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR