Afrində daha 27 terrorçu zərərsizləşdirilib, 3 kənd azad olunub

Afrində daha 27 terrorçu zərərsizləşdirilib, 3 kənd azad olunub
14:07 19 Fevral 2018
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.
"Report" NTV-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, əməliyyatın 31-cı günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 27 terrorçusu zərərsizləşdirilib, daha 3 kənd terrorçulardan təmizlənib.
Əməliyyatların başladığı dövrdən 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 68-ə çatıb.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/afrinde-daha-27-terrorcu-zerersizlesdirilib-3-kend-azad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR