Azərbaycanda tektonik zonalarda dəyişikliklər müşahidə olunur

Azərbaycanda tektonik zonalarda dəyişikliklər müşahidə olunur
14:34 19 Fevral 2018
87 Digər
Ölkə mətbuatı
A- A+

Respublika ərazisinin geodinamik şəraiti açıqlanıb.

 

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirilir ki, respublika ərazisi və ona qonşu tektonik zonaların geodinamik şəraitində əsaslı geodinamik dəyişikliklər müşahidə olunmaqdadır.

 

Bülletendə deyilir ki, regional planda respublika ərazisi tamamilə sıxılma-gərginlik deformasiya proseslərinin təsiri altında olub. İntensiv sıxılma prosesləri Böyük Qafqazın cənub yamacı, Abşeron periklinalı, Kür depresiyası və Cənub tektonik zonasının şimal-şərq kəsimlərini əhatə edib: “Regional planda respublika ərazisində iki lokal sıxılma Bakı - Siyəzən, Zaqatala - Balakən və bir genişlənmə (Naxçıvan - Culfa) gərginlik deformasiya strukturları müşahidə olunmaqdadır: "Ölkə ərazisinin seysmotektonik rayonlaşdırma xəritəsinin geodinamik proseslərlə korrelyativ təhlili göstərir ki, Azərbaycan ərazisinin Abşeron yarımadası, Böyük Qafqaz və Kür depresiyası, eləcə də Naxçıvan zonasında geostrukturları praktik olaraq vahid geodinamik struktur kimi özünü göstərir və bu strukturun Xəzər akvatoriyası ilə Bakı-Siyəzən, Naxçıvan-Ordubad, Zaqatala-Balakən və Tovuz-Qazax seysmoaktiv zonaları daha intensiv geodinamik proseslərin təsirinə məruz qalır. Abşeron yarımadasında bir sıxılma və bir genişlənmə gərginlik deformasiya strukturunu özündə birləşdirir. Şamaxı-İsmayıllı seysmoaktiv zonası isə demək olar ki, bütövlükdə sıxılma gərginlik deformasiya proseslərinin təsiri altındadır. Sıxılma gərginlik deformasiya strukturu Şamaxı-Yekəxana istiqamətində daha da intensivləşməkdədir. 11.01.2018-ci il tarixdə Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində maqnitudası 3,4, dərinliyi 33 km olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Ümumən, ölkə ərazisində kontrast geodinamik şərait davam etməkdədir. Regionda baş verən proseslər intensiv geodinamik şəraitin formalaşdığını ehtimal etməyə əsas verir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR