Sarımsağı əzib limonla qarışdırın

Ziyillər insanın bədəninin xaricində meydana gələn xala bənzər, ancaq fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir.

Metbuat.az xəbər verir ki, ziyillər zərərsiz olsalar da, estetik cəhətdən xoş görüntü bağışlamırlar. Bu problemdən sağlam və təbii üsulla xilas olmaq istəyirsinizsə, limon sarımsaq qarışığını sınayın.

Lazım olan ərzaqlar:

1 diş sarımsaq

Yarım ədəd limonun suyu

Yara binti (Lazım olsa)

Hazırlanması:

Sarımsaqları əzin, daha sonra yarım limonun suyu ilə qarışdırın. Gel formasına gəldikdə ziyillərin üzərinə vurun. Gecə yatanda üstünü bintlə bağlayın. Səhər yaxçıca yuyub qurudun. Qarışığın təsir etməsi üçün hər gün tətbiq edin.

Qeyd edək ki, ziyillərin müalicəsi vaxt alan prosesdir. Qarışığı tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var.

Aysel Yaqubqızı / Metbuat.az

Qarın piylərini əridən - ƏN ASAN ÜSUL



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR