Türkiyə Xarici İşlər naziri açıqladı

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İordaniyalı həmkarı Ayman Safadi ilə paytaxt Ammanda birgə mətbuat konfransı keçirib.

Çavuşoğlu Suriyaya bağlı güclərin Afrinə girmə ehtimalı ilə bağlı açıqlamalar verib.

Nazir çıxısında deyib:

"Rejim bura girər ya yox, önəmli olan nə üçün girdiyidir. Əgər PKK-nı təmizləmək üçün girirsə, problem yoxdur, yox əgər YPG-ni qorumaq üçün girsə, türk əsgərlərini heç kim dayandıra bilməz".

Çavuşoğlu "Bu Afrin, Menbiç, Fəratın şərqi üçün də keçərlidir" deyərək sözlərini bitirib.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR