Norveçli konkisürən olimpiya rekordu müəyyənləşdirib

Norveçli konkisürən olimpiya rekordu müəyyənləşdirib
16:57 19 Fevral 2018
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Norveçli konkisürən Hovard Lorentsen Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.
“Report” xəbər verir ki, 26 yaşlı idmançı 500 metr məsafəni 34,41 saniyə qət edərək, yeni olimpiya rekordu müəyyənləşdirməklə birinci olub. Cənubi Koreyadan olan Min Kyu Ça gümüş, çinli Tinyuy Qo isə bürünc medal qazanıb.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 26-da yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/norvecli-konkisuren-olimpiya-rekordu-mueyyenlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR