Dünyanı mat qoyan azərbaycanlı

Son günlər bütün Rusiya ondan danışır. Ölkənin birinci kanalında hər həftə efirə gedən "Ulduzlar hipnoz altında" (Звезды под гипнозом ) verilişinə gələn bütün məşhurları öz təsirinə salıb, onlara hər istədiyini etdirir. Verilişin digər aparıcı Maksim Qalkinsə onun bacarığı qarşısında heyrətini gizlətmir. Hətta bir həftə öncə Rusiyanın ən reytinqli "Veçerniy Urqant” (Вечерний Ургант) şousunun qonağı olub, insanları öz sehrinə salmağı bacardı. Həmsöhbətim əslən azərbaycanlı ekstrasens, hipnoloq-mentalist İsa Bağırovdur.

Metbuat.az xəbər verir ki, İsa aparıcısı olduğu şounun qaydalarına görə, nadir hallarda müsahibə verir. Lakin sağ olsun ki, sözümüzü yerə salmayıb, bizim üçün istisnaya razılaşdı.

Картинки по запросу ИСА БАГИРОВ ЗВЕЗДЫ ПОД ГИПНОЗОМ

- İsa, etiraf edirəm, sizin şouya baxıb, şoka düşdüm. İnsanları təsir altına salıb, hər istədiyini etdirmək bu qədərmi asandır?

- Öncə, gəlin, sizə hipnoz haqda məlumat verim. Çoxları düşünür ki, hipnoz yuxudur. Lakin belə deyil. Bu yuxu ilə gerçəklik arasında olan bir məqamdır. Həmin məqamda insan beynindəki etiraz, tənqid kimi hisslər neytral olur. Odur ki, qarşınızdakı hər istədiyinizi edə bilir. Məsələn, mən sizə bu məqamda desəm ki, sənin adın yoxdur, buna inanacaqsınız. Yaxud, çox kədərli bir filmə baxdığınıza inandırsam, şübhəsiz, oturub hıçqırıqla ağlayacaqsınız. Hipnoloq bir neçə saniyə ərzində insanı hipnoz halına çatdırmağı bacarmalıdır.

- Maraqlısı odur ki, ölkənin ən məşhur ulduzları sizin şouda iştirak etməyə can atırlar. Sonra isə öz qeyri-iradi hərəkətlərinə baxıb, əylənirlər. Bəs tamaşaçılar bu möcüzəni necə qəbul edir?

- Bilirsiniz, keçmiş Sovet ölkələrində, o cümlədən Rusiya və Azərbaycanda hipnotika elmi ciddi qəbul edilmir və daim tənqidə məruz qalır. Çünki bu ölkələr hələ ki, Avropa qədər inkişaf etməyib. Məsələn, Fransada hipnoloq həkim, müəllim kimi adi peşə sayılır. Bizdə isə vəziyyət bir az qəlizdir. Rusiyada da mənə qarşı bir neçə tamaşaçı ordusu yaranıb. Bəziləri etdiklərimə çox ciddi yanaşır, digərləri dələduzluqda ittiham edir. Lakin bu reaksiyalara tam normal yanaşıram.


"Şparqalka" keçirməsinlər deyə ayaqqabılarını soyundurdular - İNANILMAZ HADİSƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR