Lənkəranda "Formula 1" üzrə Azərbaycan çempionatına start verilib

Lənkəranda "Formula 1" üzrə Azərbaycan çempionatına start verilib
17:47 19 Fevral 2018
151 İdman
Ölkə mətbuatı
A- A+

Lənkəran. 19 fevral. REPORT.AZ/ Lənkəran şəhərində "Fornula 1" üzrə Azərbaycan çempionatına start verilib.
"Report"un Cənub bürosu xəbər verir ki, yarış Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində "Sənin sürət formulan" şüarı altında stimulyatorda təşkil olunur.
Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlar Lənkəran şəhərində iki gün davam edəcək. Tədbirin birinci günü iştirakçılara yol hərəkəti təhlükəsizliyinə dair seminarlar keçirilib. Məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında videoçarxların köməyi ilə ətraflı məlumat verilib . Həmçinin seminar iştirakçılarına müxtəlif nəşrlər və sertifikatlar təqdim olunub. Qeyd edək ki, bu layihə regionlarda olan yuxarı sinif şagirdləri iştirak edir. Sabah isə iştirakçılar öz bacarıqlarını stimulyatorun sükanı arxasında nümayiş etdirərək fərqlənməyə çalışacaqlar.
Lənkəran şəhərindən sonra regionlardan Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubada davam etdiriləcək layihənin qaydalarına görə çempionatın region üzrə qalibləri müəyyən edildikdən sonra onlar Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində yarışacaqlar. Qalib və final iştirakçıları mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihənin əsas hədəfi region məktəblilərinin yol hərəkəti təhlükəsizliyi barədə ətraflı şəkildə maariflənməsinə yönəlib.










Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/lenkeranda-formula-1-uzre-azerbaycan-cempionatina-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR