Olimpiada-2018: Kişi bobsleyçilərin qoşa mübarizəsində qızıl medalı eyni vaxtda iki ölkə qazanıb

Olimpiada-2018: Kişi bobsleyçilərin qoşa mübarizəsində qızıl medalı eyni vaxtda iki ölkə qazanıb
18:12 19 Fevral 2018
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Yay Olimpiya Oyunlarında bobsley üzrə kişilərin qoşa mübarizəsinə yekun vurulub.
"Report"un məlumatına görə, olimpiya çempionluğunu iki ölkə əldə edib. Kanadanı təmsil edən Castin Kripps və Aleksandr Kopaç, eləcə də Almaniyadan olan Françesko Fridrix və Torsten Margis 3 dəqiqə 16,86 saniyə nəticə göstərib. Nəticədə hər iki duet qızıl medal qazanıb. Bürünc medala isə 3 dəqiqə 16,91 saniyə göstərici ilə Oskar Melbardis - Yanis Strenqa (Latviya) cütlüyü yiyələnib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/olimpiada-2018-kisi-bobsleycilerin-qosa-mubarizesinde-qizil-medali-eyni-vaxtda-iki-olke-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR