Smolenskdə II Dünya müharibəsi zamanı həlak olmuş Azərbaycan əsgərinin xatirəsi yad edilib

Smolenskdə II Dünya müharibəsi zamanı həlak olmuş Azərbaycan əsgərinin xatirəsi yad edilib
19:57 19 Fevral 2018
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 19 fevral. REPORT.AZ/ Smolenskdə II Dünya müharibəsi zamanı həlak olmuş Azərbaycan əsgərinin xatirəsi yad edilib. 
Azərbaycanın Rusiyadakı səfirliyindən "Report"un Rusiya bürosuna verilən məlumata görə, onun nəşi "Dolq" axtarış qrupu tərəfindən aşkar edilmişdi.
Mərasimdə 101-ci atıcı diviziya əsgərlərinin qohumları da iştirak edib. Onlar arasında azərbaycanlı yefreytor İbiş Mirzəyevin də qohumları olub.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sərəncamına əsasən, əsgərin qohumlarına tədbirdə iştirak etməyə kömək edilib və onlar 75 il sonra müharibədə həlak olmuş əcdadlarının məzarını ziyarət edə biliblər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 27-də 26 əsgərin nəşi Smolensk vilayətinin Demidov rayonunun Lobanovo kəndində kütləvi məzarlıqda basdırılmışdı. 



Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/smolenskde-ii-dunya-muharibesi-zamani-helak-olmus-azerbaycan-esgerinin-xatiresi-yad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR