Ucarda 3 maşın toqquşdu, piyadalar yaralandı

Ucarda 3 maşın toqquşdu, piyadalar yaralandı
20:33 19 Fevral 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda 3 maşının iştirakı ilə baş verən qəzada 2 piyada xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

61 BD 531 dövlət nömrə nişanlı" Nissan", 61 BF 947 dövlət nömrə nişanlı "Mercedes" və 61 BC 068 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşınlarının toqquşub. Toqquşmadan sonra minik maşınları yol kənarında dayanan Ucar rayon sakinləri - 1980-cı il təvəllüdlü Seymur Səhrab oğlu Rəhimov və 1972-ci il təvəllüdlü Rüstəm Güləhməd oğlu Mirzəliyevi vurub.

Müxtəlif xəsarətlər alan piyadalar təcili olaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/231771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR