Vitalik Buterin: "Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər"

Vitalik Buterin: "Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər"
20:52 19 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Kriptovalyuta bazarında yüksəliş bərpa olunsa da, əvvəlki kimi, eyforiya müşahidə edilmir.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bazarın məcmu kapitallaşmasını əks etdirən qrafikin texniki göstəriciləri də yüksəlişin davam etməyəcəyini göstərir.
"Kriptovalyutalar əvvəlki kimi, yeni və hipervolatil aktiv olmaqda davam edir. Onların qiyməti istənilən an sıfıra enə bilər", - kapitallaşmasına görə kriptovalyuta bazarında ikinci yerdə qərarlaşan "ethereum"un qurucusu Vitalik Buterin öz "Twitter" səhifəsində bildirib.
"Kriptovalyutalara itirməyə heyfslənməyəcəyinizdən artıq investisiya qoymayın Yığımlar üçün ənənəvi maliyyə aktivləri daha güvənlidir", - o qeyd edib.
V.Buterinin açıqlamaları kriptovalyuta investorları arasında birmənalı qarşılanmayıb. Onlar V.Buterini bazarda arzuedilməz panika yaratmaq istəyi ilə ittiham ediblər.
Qeyd edək ki, bu dəqiqələrdə kriptovalyuta bazarı 500 mlrd. dollar kapitallaşma həddini, "bitcoin" isə 11 000 dollar səviyyəsini ötüb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vitalik-buterin-kriptovalyutalar-her-an-sifira-beraber-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR