Türkiyə və İran prezidentləri Afrini müzakirə etdi

Türkiyə və İran prezidentləri Afrini müzakirə etdi
21:48 19 Fevral 2018
102 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tərəflər Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması, o cümlədən Afrin bölgəsində aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə ediblər. Türkiyə prezidenti İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarına başsağlığı verib.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR