Bəkir Bozdağ: "Dəməşqin Afrinə qoşun yeritməsi Suriyanın parçalanmasına səbəb olacaq"

Bəkir Bozdağ: "Dəməşqin Afrinə qoşun yeritməsi Suriyanın parçalanmasına səbəb olacaq"
22:23 19 Fevral 2018
56 Dünya
Ölkə mətbuatı
A- A+

Dəməşqin Türkiyə silahlı qüvvələrinin hazırda "Zeytun budağı" əməliyyatı apardığı Afrin şəhərinə qoşun yeritməsi, Suriyanın parçalanmasına gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən mətbuat konfransında deyib.

"Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq", - deyə Bozdağ bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR