Silvester Stallonenin ailəsi aktyorun ölüm xəbərini təkzib edib

Silvester Stallonenin ailəsi aktyorun ölüm xəbərini təkzib edib
23:17 19 Fevral 2018
314 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Hollivud aktyoru Silvester Stallonenin yaxınları aktyorun sosial şəbəkədə yayılan ölüm xəbərlərinə münasibət bildirib.
“Report” xəbər verir ki, internetdə yayılan məlumatlarda bildirilir ki, 71 yaşlı aktyor guya prostat vəzi xərçəngindən vəfat edib.
Qeyd olunur ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib.
"Qardaşımın ölümü barədə yayılan xəbərlər yalandır. Hansı xəstə, amansız düşüncə sahibi belə bir şey fikirləşə bilər? Bunu edən insanlar ağılsızdırlar və cəmiyyətdə onlara yer yoxdur", — deyə Stallonenin musiqiçi qardaşı Frenk Stallone "Twitter"də yazıb.
Yeri gəlmişkən aktyor fevralın 14-də məşq zalından öz şəklini paylaşıb.



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/silvester-stallonenin-ailesi-aktyorun-olum-xeberini-tekzib-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR