Tehranda nümayişçilər avtobusu polisin üzərinə sürdü - 3 ölü

Tehranda nümayişçilər avtobusu polisin üzərinə sürdü - 3 ölü
23:54 19 Fevral 2018
111 Digər
Ölkə mətbuatı
A- A+

Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulməhdi bildirib.

 

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb.

 

"Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır", deyə Səid Müntəzirulməhdi bildirib. O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti  altındadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR