Bakı restoranlarından birində musiqiçilər arasında dava düşüb

Bakı restoranlarından birində musiqiçilər arasında dava düşüb
00:12 20 Fevral 2018
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.
“Report” xəbər verir ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.
Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-restoranlarindan-birinde-musiqiciler-arasinda-dava-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR