Ərdoğan və Ruhani Suriyanı müzakirə ediblər

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı olub.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, tərəflər danışıqlar zamanı Suriya məsələsini, xüsusən Afrin və İdlibdəki vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti Afrində "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulara qarşı mübarizədə birgə səylərin zəruriliyini vurğulayıb.

Ərdoğan həmçinin İranda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərlə bağlı İran prezidentinə baş sağlığı verib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İranda iğtişaşlar zamanı - polis əməkdaşları ölüb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR