"Mançester Siti" İngiltərə Kuboku ilə vidalaşdı - VİDEO

"Mançester Siti" İngiltərə Kuboku ilə vidalaşdı - VİDEO
03:28 20 Fevral 2018
73 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" futbol üzrə İngiltərə Kubokunun 1/8 final matçında "Uiqan Atletik"ə məğlub olub.

Publika.az xəbər verir ki, Uiqan şəhərinin "DW" stadionunda keçirilən matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Birinci hissənin sonunda qonaqlar azlıqda qalıb: Fabian Delf birbaşa qırmızı vərəqə alıb.

"Uiqan" qələbə sayəsində 1/4 finala yüksəlib. Komanda burada "Sauthempton" ilə qarşılaşacaq. "Mançester Siti" turniri tərk edib.

İngiltərə Kuboku. 1/8 final

Uiqan - Mançester Siti 1:0

Qol: Qriqq, 79.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/231794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR