Play Store

Ermənistanda yaşayış binasında güclü partlayış olub

Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında güclü partlayış olub.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Gürcü küçəsi, bina 10-da qeydə alınıb.

Əraziyə iki yanğınsöndürmə briqadası göndərilib.

Partlayış nəticəsində 4 saylı mənzildə arakəsmə və eyvan dağılıb. 2, 3 və 4-cü mərtəbələrdəki mənzillərin pəncərələri sınıb.

Xəsarət alanların olmadığı bildirilir. 14 sakin təxliyə edilib.

Binanın həyətində saxlanılan 10 avtomobil də zərər görüb.

Qəzanın səbəbi araşdırılır.

Rezidenturaya sənəd qəbulu davam edir - DİM - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR