"YPG-Əsəd razılığa gəldi" iddiasına prezident sözçüsündən - Rəsmi cavab

İbrahim Kalın Afrində baş verən son hadisələrlə bağlı "Twitter" hesabında açıqlama verib.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü açıqlamasında "Afrin məsələsində Əsəd rejimi ilə PYD/YPG razılığa gəldi" kimi xəbərlərin təbliğat məqsədli olduğunu bildirib.

"Ancaq bu bir növ gizli və kirli bazarlıqların olmadığı mənasını vermir. Kim nə edirsə, etsin "Zeytun budağı" əməliyyatı planladığı şəkildə davam edəcək və hədəfinə çatacaq" - deyə İbrahim kalın əlavə edib. .

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR