Pxençxan-2018: ABŞ-ın qadınlardan ibarət hokkey millisinin finaldakı rəqibi müəyyənləşib

Pxençxan-2018: ABŞ-ın qadınlardan ibarət hokkey millisinin finaldakı rəqibi müəyyənləşib
11:12 20 Fevral 2018
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında finala yüksələn ABŞ-ın qadınlardan ibarət hokkey üzrə milli komandasının rəqibi müəyyənləşib.
“Report” xəbər verir ki, bu, Kanada yığmasıdır. Kanada yarımfinalda Rusiya yığmasını 5:0 hesabı ilə məğlub edib. 
Qeyd edək ki, fevralın 22-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 08:10-da start götürəcək. Fevralın 21-də Finlandiya və Rusiya yığmaları arasında olacaq üçüncü yer uğrunda oyun isə saat 11:40-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/pxencxan-2018-abs-in-qadinlardan-ibaret-hokkey-millisinin-finaldaki-reqibi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR