DİQQƏT: Bakıda böyük təhlükə! - Qar yağarsa, sürüşmə istiqamətini dəyişə bilər - FOTOLAR

Bayıl yamacındakı sürüşmədə aktivlik davam etməkdədir. Hazırda qeyd olunan ərazidə vəziyyət gərgin olaraq qalır.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov Metbuat.az-a açıqlamasında bildirib ki, sürüşmə aşağıdan başlayaraq tədricən yuxarıya doğru hərəkət edir:

Bakı şəhərinin Bayıl yamacları həmişə aktiv sürüşmə sahəsi olub və bundan sonra da olacaq. Son zamanlar yağan intensiv yağışlar suxur laylarının əlavə yükünü artırdı. Suxurlar arasında əlaqələr daha da zəiflədi və yamac sürüşməyə hazırlandı. Ona görə, qeyd olunan ərazidə təhlükəli vəziyyət yaranıb. Sürüşən kütlələrin, çatların istiqamətini izləyən zaman məlum olur ki, burada sürüşmə aşağıdan başlayaraq yuxarıya doğru hərəkət etməkdədir.

Sürüşmənin aşağıdan başlayıb tədricən yuxarıya doğru hərəkət etməsi təkcə Bayıl yamacında yox, dünyanın bir sıra ərazilərində də müşahidə olunur. Bəzən sürüşmələr yamacın yuxarı hissəsindən başlayır. Bu, başqa sürüşmədir. Burada isə yamacın aşağı hissəsindən başalyır. Nəticədə həm yamaca paralel istiqamətli çoxlu çatlar əmələ gəlib, həm də perpendikulyar istiqamətli çatlar yaranıb.

O da layın hərəkət sürəti ilə bağlı olan prosesdir. Oradakı suxurlağın qalınlığı 10-20 metr, bəzən ondan da çox olur. Təbii, uzun dövrlər ərzində yamacların aşınması nəticəsində suxur layları oraya dolub. Onların aşağı hissəsində isə gilli laylar var. Həmin gilli laylara yağış suları çatanda, sürüşmə qaçılmaz olur. Burada yamacın antropogen yüklənməsi vacib amillərdən biridir. Yamacın antropogen yükənməsi orada tikilən evlərdir. Digər amil yamacın aşağı hissəsinin şaquli kəsilməsidir. Həmçinin, əraziyə yaxın avtomobil yollarının olması yamacda titrəyişlər yarada bilir.

Düzdür, onların çoxu hiss olunmasa da, yamac bunu hiss edir. İntensiv yaışlardan sonra suxur kütlələri özünə daha çox su götürməklə ağırlaşır və yamacda sürüşmə aktivliyi artır”.

Paytaxta intensiv yağış, qar yağarsa, bu aktivlik təhlükəli hala çevrilə bilərmi?

Mirnuh İsmayılov qeyd edib ki, bu halda sürüşmənin istiqaməti dəyişə bilər:

“Qarın əriməsindən yaranan sular yağışdan fərqli olraq laylara tədricən yerləşir. O da layların daha çox su ilə dolmasına səbəb olur. Hətta bu, sürüşmənin istiqamətini dəyişə də bilər. Yuxarıdan aktivləşmə olarsa, laylar birdən hərəkətə keçə bilər. Burada bir yaxşı cəhət sürüşmənin aşağıdan başlaması və tədricən yuxarıya doğru hərəkət etməsidir. Bu da isanlara xəbərdarlıq edir ki, orada müəyyən tədbirlər görülməlidir. İnsanları köçürməklə yanaşı, qeyd olunan ərazidə yamac bərkidilməsi işləri də görülməlidir. Oranı qorumaq hamımızın borcudur”.



Xəyalə Məmmədova / METBUAT.AZ

Bu dəfə onlar danışdı - “Erotik başlıq görəndə əlləri tərləyən "ÇƏPİŞLƏR"" – TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR