Jerar Depardye Əlcəzairə köçmək niyyətindədir

Jerar Depardye Əlcəzairə köçmək niyyətindədir
11:32 20 Fevral 2018
107 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Fransız aktyor Jerar Depardye Əlcəzairə köçmək niyyətini açıqlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aktyorun özü bildirib.
"Tezliklə Əlcəzairdə yaşayacağam, Əlcəzair şəhərini seçmişəm. Bu, möhtəşəm ölkədir", - J.Depardye deyib.
O, Əlcəzairin tarixinə maraq göstərdiyini vurğulayıb və savadsız fransızlar tərəfindən işğal edilən bu ölkənin sakinlərinin ağıllı olduğunu qeyd edib.
Aktyor həmçinin hər yerdə bir az yaşadığını bildirib.
Qeyd edək ki, J.Depardyenin Rusiya və Belçika vətəndaşlığı var.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/jerar-depardye-elcezaire-kocmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR