Pxençxan-2018: Sloveniya millisinin hokkeyçisində dopinq aşkarlanıb

Pxençxan-2018: Sloveniya millisinin hokkeyçisində dopinq aşkarlanıb
12:07 20 Fevral 2018
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında iştirak edən Sloveniya millisinin kişi hokkeyçisi Jiqa Eqliçin dopinq analizi müsbət nəticə verib.
“Report” xəbər verir ki, 30 yaşlı hücumçunun orqanizmində fenoterol maddasi aşkarlanıb. Yarışlardan kənarlaşdırılan idmançı üç gün ərzində Olimpiya Kəndini tərk edəcək. Olimpiada başa çatdıqldan sonra Eqliçin cəza müddəti ilə bağlı qərar qəbul olunacaq.
Qeyd edək ki, Jiqa Eqliç Qış Olimpiya Oyunlarında Sloveniya millisinin heyətində 3 oyun keçirib və bir qol vurub. Bu komanda hazırda "pley-off" mərhələsində Norveç yığması ilə qarşılaşır.
Daha əvvəl körlinq növü üzrə bürünc medal qazanan rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi də müsbət nəticə verib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/pxencxan-2018-sloveniya-millisinin-hokkeycisinde-dopinq-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR