Gəncəni qorxu içində saxlayan 2 nəfər yaxalandı

Gəncəni qorxu içində saxlayan 2 nəfər yaxalandı
12:24 20 Fevral 2018
67 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə çoxsaylı oğurluq əməlləri törətmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 13-dən cari il fevralın 13-dək olan müddətdə şəhər sakini olan 2 nəfərin ciblərindən mobil telefon və pul, rayon ərazisindəki 5 evdən inşaat materialları və məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Qurbanov saxlanılıb.

 

Bundan başqa Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 31-dən fevralın 8-dək olan müddətdə rayon ərazisindəki köşklərin birindən elektrik naqili, 9 evdən geyim və məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Eldəniz Rzayev də tutulub.

 

Saxlanılan şəxslərin ətrafında araşdırmalar aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR