Qazaxıstan neft hasilatını 25% artırmağı planlaşdırır

Qazaxıstan neft hasilatını 25% artırmağı planlaşdırır
12:27 20 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Qazaxıstan neft və qaz kondensatı hasilatını 2025-ci ilə kimi 107,3 mln. tona (783 mln. barel) çatdırmağı planlaşdırır. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə təsdiq olunan ölkənin strateji inkişaf planında bildirilir.
Qeyd edək ki, 2017-ci ildə Qazaxıstanda neft və qaz kondensatı hasilatı 86,2 mln. ton (629 mln. barel) təşkil edib və bu, illik müqayisədə 10,5% çoxdur. 2025-ci ilə kimi isə hasilatın 2017-ci illə müqayisədə 24,5% artırılması nəzərdə tutulub.
Sənəddə qeyd olunub ki, hasilatda artım "Kaşaqan" yatağının işlənməsi və "Tengiz" yatağının genişləndirilməsi hesabına baş tutacaq.
Xatırladaq ki, 2017-ci ilin iyul ayında Qazaxıstanın energetika naziri Kanat Bozumbayev ölkəsinin OPEC+ anlaşmasından tədricən çıxmasını dəstəklədiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qazaxistan-neft-hasilatini-25-artirmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR