İpoteka və Kredit Zəmanət Fondu 10 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

İpoteka və Kredit Zəmanət Fondu 10 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır
12:57 20 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 22-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 10 mln. manatlıq, adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 006,3333 manat qiymətlə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka istiqrazlarının baza emissiya prospektini ötən il noyabrın 10-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-poteka-ve-kredit-zemanet-fondu-10-mln-manatliq-istiqraz-yerlesdirmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR