Bakıda evləri talayan şəxslər tutuldu

Bakıda evləri talayan şəxslər tutuldu
13:24 20 Fevral 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda çoxsaylı oğurluq əməlləri törətmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki evlərin birindən 1400 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seyhun Şahverənov saxlanılıb.

 

Bundan başqa, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 18-dən cari il yanvarın 13-dək olan müddətdə rayon ərazisindəki şərab evlərinin birindən spirtli içki, 2 evdən məişət əşyaları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda, habelə 1 köşkdən və daha 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov də tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR