Azərbaycan kubokunun yarımfinal matçları bu tarixdə oynanılacaq

Azərbaycan kubokunun yarımfinal matçları bu tarixdə oynanılacaq
13:33 20 Fevral 2018
77 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümünün təqvimində dəyişikliklər edib.

Publika.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun təqvimində 4 dəyişiklik gerçəkləşib.

Bunlardan biri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçının təqviminə aiddir. Belə ki, yarımfinalın ilk oyunları Prezident seçkiləri ilə üst-üstə düşdüyü üçün matçlar 11 aprel 2018-ci il tarixdən 12 aprel 2018-ci il tarixə keçirilib.

Qeyd edək ki, Azərbaycan Kuboku uğrunda 4 komanda - "Qəbələ" – "Neftçi" və "Keşlə" – "Sumqayıt" cütləri yarışacaq. Cavab oyunları 18 aprel tarixində baş tutacaq.

Çempionatın final mərhələsi isə 28 may tarixində keçiriləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/231841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR