Qvardiola "Mançester Siti"nin "Uiqan"a uduzduğu oyundan sonra rəqib həmkarına hücum edib

Qvardiola "Mançester Siti"nin "Uiqan"a uduzduğu oyundan sonra rəqib həmkarına hücum edib
13:37 20 Fevral 2018
106 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ İngiltərə Kubokunun 1/8 final matçında "Uiqan"a 0:1 hesabı ilə uduzan "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola rəqib həmkarı Pol Kuka hücum edib.
"Report"un məlumatına görə, insident oyun vaxtı və oyundan sonra baş verib. İspaniyalı mütəxəssis "Uiqan"ın baş məşqçisini itələyib. 
Kuk açıqlamasında həmkarını qorxaq adlandırıb: "Qvardiola mənə hücum etdi. Çünki o, qorxaqdır. Məğlubiyyəti qəbul edə bilmir. Ondan daha az pul xərcləyən və daha yaxşı olan insanlara hörmət etmir".
İngiltərəli mütəxəssis Qvardiolanın "Uiqan" cəmi bir dəqiq zərbə vurdu, o isə qolla nəticələndi" sözlərinə də cavab verib: "O, oyundan sonra bir qol ilə mərhələ adladığımızı dedi. Boksda da bir həmlə ilə ölümcül zərbə vuran, digərindən az iş görür? Qvardiola bəhanə axtarmasın. "Mançester Siti" məğlub oldu. Onun üzündəki kədər mənə illərcə bəs edər".
Qeyd edək ki, mərhələ bir oyundan ibarət olduğu üçün 1/4 finala "Uiqan" yüksəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qvardiola-mancester-siti-nin-uiqan-a-uduzdugu-oyundan-sonra-reqib-hemkarina-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR