Türk həkim tibb aləmində bir ilkə imza atdı

Türkiyənin Samsun şəhərində ortopediya üzrə mütəxəssis həkim Burak Dunay "Ortopediya robotu" adlı cihaz ixtira edib.

Metbuat.az xəbər verir ki, həkim bu ixtirası ilə dünyada bir yeniliyə imza atıb. "Ortopedik robot" adlı cihazla sınıqları əməliyyatsız müalicə etmək olacaq.

Həkim Burak Dunay hazırladığı cihazla bağlı məlumat verib:

"5 il əvvəl ağır sınıq əməliyyatından sonra belə cihaz hazırlamaq fikrinə düşdüm. 3 il davam edən araşdırmalardan sonra kollektivimlə "Ortopedik robot" adını verdiyimiz cihazı hazırladıq. Qırılan sümükləri normaldan daha qısa müddətdə yerinə oturdan robot həm vaxta qənaət edir, həm də sümükləri daha yaxşı bir şəkildə yerləşdirir".

Robot 6 ay içərisində insanlar üzərində tətbiq olunacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR