Gəncə-Göygöl yolunda qəza baş verib, yaralananlar var

00:07 11 Yanvar 2015
182 Digər
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 00:03 ]


Gəncə. Azər Məmmədli – APA. Gəncə-Göygöl yolunun birinci kilometrliyində ağır yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Ağakişiyev Malik Aydın oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə, Göygöl rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədəliyev Mahir Məmməd oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR