Oğlunu yaşatmaq üçün öncə 20 kilo, sonra qaraciyərini verdi

Antalyada ət mağazası işlədən ata övladını yaşatmaq üçün qaraciyərini bağışlayıb.

Metbuat.az xəbər verir ki, Sərvət və Zeliha Ərgün cütlüyünün uşaqları Poyraz Ərgün dünyada sadəcə 200 uşaqda rastlanan "mavi işıq" xəstəliyinə tutulub. Həkimlər uşağın yaxşılaşması üçün yeganə çıxış yolunun qaraciyər nəqli olduğunu, ancaq əməliyyat üçün çəkisinin 8 kiloya çatmasının vacibliyini bildiriblər.

Vəziyyəti getdikcə pisləşən balaca Poyraza mavi işıq müalicəsi yazılıb. Maddi imkansızlıq üzündən uşağı xəstəxanaya apara bilməyən ata eyni ölçüdə mavi işıq verən fototerapiya cihazı hazırlamağa başlayıb. Atasının hazırladığı cihazda 17 gün qalan P.Ərgün Antalya Araşdırma xəstəxanasında həqiqi fototerapiya almağa başlayıb.

Poyraz daha sonra xeyirsevərlər tərəfindən hədiyyə olunan cihaz sayəsində müalicəsinə evdə davam edib. Uşağın sağlamlığına qovuşması üçün bir çox insan donor olmağa razılıq verib. Ancaq uyğun donor tapılmadığı üçün atası S.Ərgün 4 ayda 20 kilo ataraq oğlu üçün donor olub.

Poyraz artıq 3 yaşındadır. O, 2 il əvvəl atasından alan qaraciyərlə sağlamlığına qovuşub.

Aysel Yaqubqızı / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR