Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində

Fevralın 21-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə,Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 21.02.2018-ci ildən 06.03.2018-ci ilədək (daxil olmaqla) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

2017-2018-ci illər üçün (21.02.2018-ci ildən 06.03.2018-ci ilədək)

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli

Şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

"Mançester Siti”nin sabiq məşqçisi həbs edildi - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR