"The Daily Caller": Ermənistan Dağlıq Qarabağı işğal etdiyinə görə yeni İpək Yolu layihəsindən də təcrid olunur

"The Daily Caller": Ermənistan Dağlıq Qarabağı işğal etdiyinə görə yeni İpək Yolu layihəsindən də təcrid olunur
17:22 20 Fevral 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan Dağlıq Qarabağı işğal etdiyinə görə yeni İpək Yolu layihəsindən də təcrid olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin aparıcı analitik mərkəzinin beynəlxalq kommunikasiyalar üzrə direktoru və bu mərkəzin sabiq beynəlxalq müxbiri Maayan Hoffmanın ABŞ-ın "The Daily Caller" nəşrində "Azərbaycan yeni İpək Yolu boyunca ABŞ-ın mühüm müttəfiqidir" adlı məqaləsində deyilir.

Müəllif qeyd edir ki, siyasi dairələrdə Azərbaycan həm həyati əhəmiyyətli enerji ehtiyatlarının təchizatçısı, həm də Çinlə Avropa arasında və Avropanın hüdudlarından kənarda ticarətin artmasına şərait yaradan yeni İpək Yolu üzərində əsas paylaşdırıcı məntəqə kimi geosiyasi əhəmiyyətli dövlət hesab edilir.

M.Hoffman yazır ki, Azərbaycanın nadir coğrafi mövqeyi həm insanların ünsiyyəti, həm də əmtəələrin, məhsulların və xidmətlərin qarşılıqlı əlaqəsi üçün çox əlverişlidir. Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Müəllif iki ölkə arasında daha sıx tərəfdaşlığın zəruri olmasından söhbət açaraq yazır ki, Birləşmiş Ştatlar Azərbaycan üçün ideal tərəfdaşdır. Bu baxımdan, ABŞ-ın da Bakı ilə ciddi tərəfdaşlığa marağı qarşılıqlı olmalıdır.

Müəllif vurğulayır ki, Azərbaycanı dəstəkləmək və müdafiə etmək ABŞ-ın maraqlarına uyğundur. Lakin bu iki ölkənin yaxınlaşması yolunda müəyyən əngəllər də var. Belə əngəllərin ən birincisi konqresin "ermənilərə aid nə varsa hamısına yaxın" olmasıdır. Ekspert qeyd edir ki, bunun əsas səbəbi ABŞ-dakı erməni icmasının çoxsaylı və siyasi cəhətdən "səxavətli" olmasıdır.

Ermənistan kiçik, siyasi və iqtisadi cəhətdən inkişaf etməmiş ölkə olduğuna baxmayaraq, onun vacibliyi digər regional dövlətlərin Ermənistandan istifadə dərəcəsi ilə ölçülür. M.Hoffman yazır ki, Ermənistanın vassal dövlət olması hamıya məlumdur, ondan Qərb ilə bütün regionun inteqrasiyasını zəiflətmək üçün bu regionu dağıtmaq məqsədilə istifadə edilir. Ermənistan başqa ölkənin hərbi bazaları və silahları ilə doludur, onun lideri isə bir dəfə bəyan edib ki, özünün xarici siyasətini regional böyük dövlətin rəhbərliyi ilə "koordinasiya edir".

Müəllif qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda "dondurulmuş" münaqişə Ermənistanın iflasa məhkum olan layihəsidir. Ermənistan Dağlıq Qarabağ regionunu işğal etdiyinə və öz qoşunlarını bu regiondan çıxarmaqdan imtina etdiyinə görə mənfəətli regional layihələrdən, o cümlədən yeni İpək Yolu layihəsindən təcrid olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/627185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR