Azərbaycanlı gənc qızın əməliyyatı üçün donor tapıldı - BU QƏDƏR PUL LAZIMDIR

Sosial şəbəkələrdə azərbaycanlı qıza görə kampaniya uğurlu nəticə ilə yekunlaşıb.

Metbuat.az xəbər verir ki, bir müddətdir hər kəsin səfərbər olaraq kömək etmək istədiyi Ülviyyə Müzəffərova adlı 26 yaşlı gənc qızın sağalması üçün artıq donor tapılıb.

Bildirək ki. Ülviyyə kəskin limfoblast leykozunnan əziyyət çəkir. İki il ərzində (2014-cü il may - 2016-cı il may) Bakıda müalicə almağına baxmayaraq oktyabr ayında residiv müşahidə olunub.

Əməliyyata isə Türkiyədə ilkin müayinə üçün 10 min dollar (16 min AZN) tələb olunur. Xəstəxanada ilkin müayinədən sonra xəstəyə ilik nəqli olunmalıdır və bu əməliyyatin qiyməti 75 min dollardır (120 min AZN). Ülviyyənin yaxınları gənc qızın müalicəsi üçün lazım olan məbləğin yüksək olduğunu nəzərə alaraq hər kəsdən kömək etməyi xahiş edir.

Ülviyyə yaşamaq istəyir onun həyatını birlikdə xilas edə bilərik.

Ödəmə terminallarından- Bank Respublika- Seriya AZE 05755133

HESAB AZN- 380194401153504401

Müzəffərova Hicran Nəbi qızı

Əlaqə nömrəsi: Anası- Hicran xanım- 050 415 71 32

Şahin Həbibov

BAKU.WS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR