Play Store

Gənclər arasında yayılan ürək xəstəlikləri - SƏBƏBLƏRİ

Azərbaycanda son dövrlər gənclər arasında ürək-damar xəstəliklərinin sayı artıb.

Əvvəllər ürək-damar sistemi xəstəlikləri yaşlı insanlarda özünü biruzə verərdi. Lakin son zamanlar bu xəstəlik gənclər arasında geniş yayılıb. Həkimlər bunun bir çox səbəblərinin olduğunu bildirilər.

Kardioloq Aynur Məmmədova Metbuat.az-a açıqlamasında bidirib ki, sağlam qidalanmamaq bu xəstəliyin yaranmasında səbəb olan faktorlar arasında öndə gəlir:

“Zərərli vərdişlər - siqaret, narkotik və son dövrlər gənclər arasında yayılan enerji içkilərindən istifadə bu problemin yaranmasına səbəb olur. Bizə müraciət edən gənclər arasında ürəyində ritm pozuntuları olan xəstələr də müşahidə edirik. Həmçinin, burada irsi meyillilik də rol oynayır. Ailədəki 50 yaşına qədər olan insanlarda ürək xəstəlikləri qeydə alınıbsa, bu da bir səbəb faktorudur. Gənclərdə ürək xəstəlikləri yaşlılardan fərqli şəkildə formalaşır. Yaşlı insanlarda orqanizmdə zamanla kiçik damarlar inkişaf etmiş olur. Buna Kolleteral damarlar deyilir. Belə xəstələrdə ana damar tutulan zaman kiçik damarlar hesabına ürəyə qan gedir. Həmin müddətdə bu insanları xəstəxanaya çatdırıb həyatlarını xilas etmək mümkün olur. Gənclərdə isə kiçik damarlar inkişaf etmədiyindən, ana damar tutulduğu zaman ürəyə qan getmir. Bu səbəblə, gəncləri xilas etmək mümkün olmur. Ona görə, gənclərimizə ilk növbədə zərərli vərdişlərdən uzaq olmağı tövsiyyə edirik. Mümkün qədər gün ərzində 30 dəqiqə piyada yerisinlər. İdmala məşğul olub sağlam qidalansınlar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Öldükdən sonra orqanlarımızı bağışlaya bilərikmi?- Şərhlər – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR