Play Store

“Tutdum quyruğundan, atdım çəlləyə” - Azərbaycanda qeyri-adi heyvan tapıldı / VİDEO

Lənkəran sakini həyətyanı sahəsində yenot tutub. Daha çox meşə ərazisində rast gəlinən bu heyvan sakinlərin marağına səbəb olub.

Metbuat.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov həyətyanı sahəsində gecə saatlarında yenot tutub.

O, itlərin hürüşməsinə həyətə düşdükdə bu canlını görüb. İtlər heyvana zərər verməsin deyə onu götürərək saxlayıb:

“Axşam saat 2-3 radələrində düşdüm həyətə. İtlər hürürdü, gördüm qeyri-adi bir heyvan var. İt bunu sıxışdırdı bir yerə, mən də tutdum quyruğundan, birtəhər atdım çəlləyə. Səhər gördüm belə bir heyvandır”.

Vətəni Amerika sayılan yenot barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilib.

Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayır, su içməyə gələn heyvanları ovlayırlar. Eyni zamanda quş, yumurta, böcək və sürünənlərlə də qidalanırlar.

Dron görən it elə hərəkətlər etdi ki... - Maraqlı Görüntülər/ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR