Atatürkün "İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar kim olub? - FOTO

Atatürkün "İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar kim olub? - FOTO
18:18 20 Fevral 2018
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar "Azərbaycanca Vikipediya"da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sistemləşdirilmiş viki-təlimləri iştirakçıları tərəfindən AXC dövrünün əhəmiyyətli şəxsləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar dəqiqləşdirilir, redaktə edilir və zənginləşdirilir.

MEK-dən Publika.az-a verilən məlumata görə, Hacı Cabbar Kömək haqqında yaradılan məqalə də bu sıradandır.

Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Hacı Cabbar Kömək 1869-cu ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Hacı Cabbar Kömək 1919-ci ildə Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi olub.

Hacı Cabbar Osmanlı dövlətinin Çanaqqala zəfərinə, daha sonra Türkiyənin ordu quruculuğuna verdiyi töhfələrə görə, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən "Kömək" ləqəbini alıb. 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal " medalı ilə təltif olunub.

M.K. Atatürk tərəfindən Ankarada yaşamaq təklif olunsa da, bundan imtina edərək Qarsa köçüb.

O, 1948-ci ildə Qarsda dünyasını dəyişib.

Məqalə ilə buradan tanış ola bilərsiz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/231854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR