Əsədin ordusu AFRİNƏ GİRDİ - Türkiyə ilə Suriya arasında dəhşətli MÜHARİBƏ BAŞLANIR

Əsədin ordusu AFRİNƏ GİRDİ - Türkiyə ilə Suriya arasında dəhşətli MÜHARİBƏ BAŞLANIR
18:18 20 Fevral 2018
173 Dünya
Ölkə mətbuatı
A- A+

Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələr Afrinə girməyə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, “Röyters” agentliyi dünənki xəbərində hökumətə yaxın güclərin axşam saatlarında Afrinə girəcəyini bildirmişdi.

Afrində Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyənin bu xəbərə reaksiyası olduqca sərt oldu.

Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirdi ki, Bəşər Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girərsə, Türkiyəni kimsə dayandıra bilməz.

“Rejim qüvvələri YPG-ni təmizləmək üçün girərsə, bir problem yoxdur. Əgər YPG-ni qorumaq üçün girərsə, o halda türk əsgərini kimsə dayandıra bilməz. Bu, Afrin üçün də, Münbiç üçün də, Fəratın şərqi üçün də etibarlıdır”, - nazir bildirib.

Ardınca Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Ankarada keçirilən mətbuat konfransında rejim qüvvələrinin Afrinə daxil olacağı barədə xəbərlərin əsassız olduğunu söylədi. Və xəbərdarlıq etdi ki, Suriya PYD/YPG terrorçularını qorumaq üçün Afrinə qoşun yeritsə, bu, fəlakətə səbəb olacaq, həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq.

Axşam saatlarında isə mövzu ali səviyyədə müzakirə edildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon tanışıqlarının Ankara Moskva üzərindən Dəməşqə növbəti dəfə xəbərdarlıq etdi.

Türkiyə KİV-i xəbər verir ki, Rusiya lideri Ərdoğana Afrin mövzusunda təminat verib. Ərdoğanın Suriya qüvvələrinin Afrinə daxil olmasının ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin “belə bir şey olmayacaq” şəklində cavab verib.

Bu gün isə Mövlud Çavuşoğlu Suriya rəhbərliyinə aid qüvvələrin Afrinə daxil olmadığını və rejimin Afrinlə bağlı dilemma qarşısında olduğunu söyləyib.

Ekspertlərə görə, Suriya ordusuna məxsus qüvvələrin qüvvələrin Afrinə girməsi Türkiyə ordusu ilə birbaşa qarşıdurmalara gətirib çıxara bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR